Müharibə törədib, əraziləri Bakıya qaytarmaq istəyirlər - Paşinyandan ŞOK AÇIQLAMA

1456 dəfə oxunub
Müharibə törədib, əraziləri Bakıya qaytarmaq istəyirlər - Paşinyandan ŞOK AÇIQLAMA

“Ermənistan və Qarabağ xalqları (Azərbaycan torpaqlarına yerləşdirilmiş ermənilər – red.) arasında ziddiyyətlər yaratmaq istəyən qüvvələr var. Onlar korrupsiyalaşmış sistemin təmsilçiləridir”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, keçmiş hakimiyyət Qarabağda Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayırlar. “Bu qüvvələr hərbi təxribatlar törədərək, əraziləri Azərbaycana qaytarmağa və bunun məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə atmağa çalışırlar. Bu, dövlətə xəyanətdir. Bu planların qarşısını almaq üçün sərt addımlar atacağıq. Artıq “aprel müharibə”sində vəziyyəti öyrənmək üçün parlament komissiyasının yaratmağın vaxtıdır”, - deyə o bildirib.

Qeyd edək ki, keçmiş prezident Robert Koçaryan Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin indiki və keçmiş “rəhbərləri” – Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti ilə həbsdən azad olunmasından sonra Paşinyan erməniləri məhkəmə binalarını tutmağa çağırıb.



Redaktorun seçimi