Prezident İlham Əliyev Kamerun Prezidentini təbrik edib

53 dəfə oxunub
Prezident İlham Əliyev Kamerun Prezidentini təbrik edib

Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.



Redaktorun seçimi