Əli Əhmədov: "İstərdim, "radikal müxalifət" bu adı öz üzərindən götürsün"

44 dəfə oxunub
Əli Əhmədov: "İstərdim, "radikal müxalifət" bu adı öz üzərindən götürsün"

"Mən istərdim ki, radikal müxalifət" bu adı öz üzərindən götürsün. Dünyanın hər bir yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm dövlət həmişə ziyan çəkib”.

Faktor.az ONA-ya istinadən xəbər verir ki,, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, radikal müxalifəti xalq tərbiyəli etməlidir. “ Çünki onlar xalqdan səs gözləyirlər. Xalqsa səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. Mən istəməzdim ki, Azərbaycan müxalifətinin hansısa bir hissəsi radikal olsun. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi müxalifər dairələr radikallığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir”. 

Ə.Əhmədov qeyd edib ki, radikallıq böyük faciə və nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.



Redaktorun seçimi