Paşinyan Pekindən Bakı və Ankaraya mesaj verdi

1236 dəfə oxunub
Paşinyan Pekindən Bakı və Ankaraya mesaj verdi

Ermənistan ayrıcı xətlərə, süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır.

Faktor.az xəbər verir ki, bunu Pekində Asiya Sivilizasiyalarının Dialoqu Konfransında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“XXI əsrdə bu anlayışlar absurddur, lakin bizim qonşularımız ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi səbəbindən Azərbaycan bütün regional layihələrdən İrəvanı təcrid edib və bu da işğalçı ölkənin inkişafına imkan vermir. (axar.az)



Redaktorun seçimi