Vasif Talıbov yeni nazir təyin etdi

61 dəfə oxunub
Vasif Talıbov yeni nazir təyin etdi

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib. 

Bu barədə müvafiq fərmanı mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

Qeyd edək ki, ötən gün, mayın 13-də V.Talıbov Famil Seyidovu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edib.

T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.



Redaktorun seçimi