XİN - Cənubi Qafqaz daha açıq regiona çevrilə bilər

77 dəfə oxunub
XİN - Cənubi Qafqaz daha açıq regiona çevrilə bilər

Azərbaycanın Avropa Şurasına üzv olması prosesi gedərkən biz bir sualla qarşılaşmışdıq: Azərbaycan Avropaya məxsusdur, yoxsa Asiyaya”.

Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Sovet İttifaqının süqutundan sonra bu kimi müzakirələrə cəlb olunub: “İndi görürük ki, seçim artıq edilib. Lakin Cənubi Qafqaz daha açıq regiona çevrilə bilər. 3 ölkə daha çox inkişaf edə bilər. Bölgənin insanlarının arzusu  budur ki, keçmişdə olanları həll etməli və gələcəyə baxmalıyıq. Bu ölkələrimizin milli maraqlarını irəli sürməyimiz üçün ən yaxşı yoldur”.



Redaktorun seçimi