İran böhranı Qarabağı həll edə bilər - -TARASOV

75 dəfə oxunub
İran böhranı Qarabağı həll edə bilər - -TARASOV

Qarabağ danışıqları qapalı xarakter daşıyır. Ümid var idi ki, Paşinyan inqilabçıdır və daha açıq şəkildə hərəkət edəcək, amma məsələ odur ki, o çoxlu bəyanatlar verir, əvəzində konkret hərəkət etmir. O, əvvəlki formatda hərəkət edərək, İlham Əliyevlə Qarabağla bağlı görüşür.

Faktor.az xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Əgər o desəydi ki, Qarabağsız danışıqlar aparmayacaq, o zaman başqa olardı. Azərbaycan Paşinyandan güzəştlər almaq istəyir, amma Paşinyan buna getmir. Nəticədə Qarabağın həlli yenidən dalana dirənib. Humanitar tədbirlər savadlı addımlardır, amma onlar digər fəaliyyətlərlə müştərək olmalıdır. Danışıqlar dalana dirənib, yeni təkliflər yoxdur. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Əgər Bakı və İrəvan regionda geosiyasi dəyişiklik formatında təhdid hiss etsələr, situasiya yerindən tərpənəcək. Belə ehtimal isə İrandan yarana bilər. Amerikalılar İran ətrafında həlqəni sıxırlar və buradakı daxili silkələnmələr regionda da hiss oluna, tərəfləri güzəştə məcbur edə bilər”, – deyə o bildirib.



Redaktorun seçimi