Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

34 dəfə oxunub
Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı
Azərbaycan 2019-cu ilin 10 may tarixində Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.
 
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.
 
Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Ölkəmiz də daxil olmaqla hazırda alyansın 57 müşahidəçi üzvü var.



Redaktorun seçimi