XİN-dən Keşikçidağ monastırı ilə bağlı iddialara - Cavab

Hit: 848
XİN-dən Keşikçidağ monastırı ilə bağlı iddialara - Cavab
"Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur".
 
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub və Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.








Redaktorun seçimi