USAID və ABŞ-Azərbaycan Ticarət Palatası arasında memorandum imzalanıb

Hit: 395
USAID və ABŞ-Azərbaycan Ticarət Palatası arasında memorandum imzalanıb

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsələrə dair əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞ və Azərbaycan arasında ticarət və kommersiyanı, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaqlar.

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası bir sıra sahədə və bazar sektorunda Amerika və Azərbaycan biznesləri arasında iqtisadi fəaliyyətlərin təşviqi istiqamətində tərəfdaşlıq edəcək. Onlar kənd təsərrüfatı müsəssisələri və fərdi sahibkarları texniki yardım və biznes təlimlər proqramları ilə təmin etməyi, perspektivli Azərbaycan sənaye sahələrinin inkişafı üçün innovativ elmi və bazar əsaslı həlləri təmin edə biləcək dövlət-özəl sektor tərəfdaşlığını həvəsləndirməyi planlaşdırır. Eyni zamanda, sazişdə aşağıdakı əməkdaşlıq sahələri nəzərdə tutulub: Azərbaycanda biznesə asan başlanması və onun fəaliyyət göstərməsi, qida təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi, kənd təsərrüfatı və aqrotexniki bacarıqlarının artırılması, gənclər və qadınlar üçün imkanların artırılması.

 

ABŞ-Azərbaycan Ticarət Palatası və USAID aprelin 3-5-də Çikaqoda ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatası tərəfindən təşkil olunmuş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumuna dair artıq əməkdaşlıq edib.

 

 









Redaktorun seçimi