Əli Əhmədov: "Yüz ildir ki, bəşəriyyət "erməni soyqırımı" yalanı ilə üzləşib"

Hit: 594
Əli Əhmədov: "Yüz ildir ki, bəşəriyyət "erməni soyqırımı" yalanı ilə üzləşib"

"Yüz ildir ki, bəşəriyyət böyük bir yalanla üzləşib. Bunu yalnız xüsusi yalanlar uydurmaq təcrübəsi olanlar edə bilərdilər".

Faktor.az ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini Əli Əhmədov bildirib. 

O deyib ki, ermənilərin və onların havadarlarının uydurduğu "erməni soyqırımı"nın sübutunu tapmaq mümkün deyil: "Bu yalan məkrlidir, çünki 100 ildən artıqdır ki, iyrənc məqsədlərə xidmət edir. Bu, ermənilərin Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları üçün istifadə edilir. Eyni zamanda müəyyən dairələrin Türkiyəyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən artıqdır unudulub və bunun haqqında danışmaq istəmirlər".









Redaktorun seçimi