Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək

Hit: 430
Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək

Bu il mayın sonunda Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun missiyası Azərbaycana səfər edəcək.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.

Səfir bildirib ki, nümyəndə heyətinə Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars rəhbərlik edəcək.

Səfirin sözlərinə görə, Almaniya Azərbaycan və Aİ arasında əlaqələrin gələcək inkişafına və intensivləşməsinə böyük önəm verir və bunu hərtərəfli dəstəkləyir.









Redaktorun seçimi