Azərbaycan və Türkiyənin bu addımı ERMƏNİSTANA ŞOK YAŞATDI: - Dağlıq Qarabağda müharibə... - VİDEO

Hit: 2817
Azərbaycan və Türkiyənin bu addımı ERMƏNİSTANA ŞOK YAŞATDI: - Dağlıq Qarabağda müharibə... - VİDEO

Azərbaycanda keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə taktiki təlimi Ermənistanda qorxu ilə qarşılanıb.

Faktor.az xəbər verir ki, erməni KİV-ində gedən yazılarda birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilib.

Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında qeyri-müəyyənliyin davam etdiyi və yeni müharibə ehtimalının yüksək olduğu bir vaxtda, sözügedən təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasına ciddi təsir göstərəcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər mayın 1-dən 3-nə kimi keçiriləcək. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və

Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.









Redaktorun seçimi