Tonoyan yenə Qarabağa gəldi və... - İrəvan cəbhədə nə planlaşdırır?

Hit: 389
Tonoyan yenə Qarabağa gəldi və... - İrəvan cəbhədə nə planlaşdırır?

Ermənistanın müdafiə naziri David Tonoyan yenə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Faktor.az publika.az-a istinadən xəbər verir ki, Tonoyanla birlikdə Ermənistanın ərazi idarəçiliyi və inkişaf nazirinin Suren Papikyan və İrəvan meri Ayk Marutyan da işğal altındakı ərazilərə səfər edib.

Aprelin 20-də baş tutan səfərdə Ermənistandan gələnlər iqtisadi məsələlər müzakirə olunub, həmçinin, erməni həbi birləşmələrinin bölgələrinə baş çəkiblər. Səfər iki gün çəkib və aprelin 21-də erməni nazirlər şimal-şərq istiqamətində müdafiə bəndinə baxış keçiriblər.

Son zamanlar erməni nazirlərin Qarabağa intensiv səfərləri müşahidə olunur. Ekspertlər Ermənistanın cəbhədə yeni təxribatlara əl ata biləcəyini istisna etmirlər.









Redaktorun seçimi