Pompeodan Azərbaycana Novruz - Təbriki

Hit: 218
Pompeodan Azərbaycana Novruz - Təbriki

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi saytı yayıb.

"İran xalqını və özündə yazın və Yeni ilin gəlişini əks etdirən bu qədim ənənəni qeyd edənlərə, həmçinin Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan xalqlarını və onların Birləşmiş Ştatlardakı icmalarını Novruz bayramı münasibətilə təbrik edir, xoşbəxtlik arzulayıram.

Novruz gələcəyi bayram edərək keçmiş haqqında düşünmək üçün ailəni və dostları bir araya toplayır, həm yaxında, həm də uzaqda olan insanlarla ünsiyyət qurmaq imkanı verir. Qoy bu Novruz hər kəsə yeni başlanğıclar və işıqlı gələcək bəxş etsin! Bayramınız mübarək”, - departament qeyd edib.

(axar.az)

 








Redaktorun seçimi