Tramp türkmən qazının Azərbaycan üzərindən ixracına ümid edir

Hit: 271
Tramp türkmən qazının Azərbaycan üzərindən ixracına ümid edir

ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək.

Bununla bağlı “Neytralnıy Türkmenistan” qəzeti məlumat yayıb. 

Novruz bayramı münasibətilə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova göndərdiyi təbrikində Tramp qeyd edib ki, insanlar bu bayramı ABŞ-da və dünyanın müxtəlif ölkələrində doğma bayramları kimi qeyd edirlər. 

O əlavə edib ki, Amerika xalqı və işgüzar dairələri Türkmənistanla iqtisadi əməkdaşlığı gücləndirmək üçün yeni istiqamətlər axtarırlar.

“Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək”, - Tramp təbrik teleqramında bildirib. 

Qeyd edək ki, hazırda Türkmənistan qazının Avropaya çatdırılması üçün qaz kəmərinin Xəzərin dibi ilə aparılması planı mövcuddur. 

Trans-Xəzər qaz kəməri Türkmənistan və Qazaxıstan qazının Azərbaycan üzərindən Türkiyə və Gürcüstana, oradan isə Avropa Birliyi üzvlərinə çatdırılması üçün nəzərdə tutulub.









Redaktorun seçimi