Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər

Hit: 215
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər. 

Faktor.az  trend-ə istinadən xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər. Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən Azərbaycan XİN rəhbəri deyib: “Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”.









Redaktorun seçimi