İlham Əliyevlə Paşinyan ABŞ-da görüşəcək

Hit: 251
İlham Əliyevlə Paşinyan ABŞ-da görüşəcək

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, bu danışıqlardan sonra Prezident İlham Əliyevlə Paşinyan arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər.

Qəzetə danışan mənbə Rusiya və ABŞ-ın Qarabağın həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmədiyini bildirib.

Məmmədyarovla Mnatsakanyan arasında danışıqların bir neçə saat davam etməsi məsələsinə gəlincə isə mənbə bunun sadəcə Mnatsakanyanın xüsusilə ingiliscə uzun danışmağı sevməsi ilə əlaqələndirib.









Redaktorun seçimi