Ermənistanın “böyük bacısı” Fransa yenə səhnədə - Makrondan türklərə qarşı "xaç yürüşü"

Hit: 469
Ermənistanın “böyük bacısı” Fransa yenə səhnədə - Makrondan türklərə qarşı "xaç yürüşü"

Faktor.az YAP Gənclər Birliyinin Şura üzvü Amil Cavadovun məqaləsini təqdim edir.

Prezident Emmanuel Makron 24 aprel - ermənilərin uydurduğu "erməni soyqırıımı" deyilən günlə bağlı qərar verib. 24 aprel Fransa üçün hüzür günü olacaqmış... Uydura, uydura gedirlər...

Əslində tarix təkrar olunur.

Zamanında Osmanlıya qarşı istifadə etdikləri "xristian məsələsi", "erməni məsələsi" bu gün yeni formada davam edir. Təbii ki, "erməni soyqırımı" söhbəti bəhanədir. Makron orta əsrlərin "xaç yürüşləri" zamanı səlibçilərin hərəkətlərini XXI əsrdə ideoloji-psixoloji formada müasir Türkiyəyə qarşı yürüdür.

Fransa soyqırımdan danışır. Adama deyərlər, heç olmasa öz tarixinizə baxın! Nələr törətdiyinizi yadınıza salın! Müstəmləkə altına saldığınız xalqların azadlıq hərəkatını boğmaq üçün çox da uzaq olmayan XX əsrdə törətdiyiniz qanlı-faciəli əməllər unudulmayıb...

Əlcəzairdə yerli müsəlman-ərəbləri soyqırımına məruz qoyan Fransa deyildimi? Afrikada, Hind-Çin yarımadasında fransız müstəmləkə qoşunları elə vəhşiliklər törədiblər ki, bunu heç vaxt heç bir xalq unutmayacaqdır.

Bəli, Fransanın indiki hakimiyyəti yenə səhnədədir. "Sarı jiletlilər" hərəkatı Makronu çaşdırıb deyə, fikir yayındırmaq üçün işlənmiş kartdan - "erməni kartından" yararlanmaq istəyir.

"Kiçik bacısı" olan ermənilərin Xocalıda törətdiyi soyqırım cinayətini, gözünün qabağında baş verən faciəni görməyən makronkimilərindən ədalət ummaq mümkün deyil... Təəssüf!!!









Redaktorun seçimi