Nigeriyalı general Bakıya gəlir

Hit: 291
Nigeriyalı general Bakıya gəlir

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə faktor.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.









Redaktorun seçimi