Adıgözəl Məmmədov : ''Rusiya əleyhinə söylənən hər fikiri..."

Hit: 1606
Adıgözəl Məmmədov : ''Rusiya əleyhinə söylənən hər fikiri..."

Son zamanlar Azərbaycanda bir çox siyasi təhlilçilərin Rusiya siyasi rəhbərliyini qınayıcı çıxışlarını və bir çox hallarda yersiz bəyanatlarını çox həvəslə ermənilərin maliyyələşdirdiyi Moskva saytları tərcümə edərək nəşr edirlər və sonradanda Rusiyadakı KİV - lərdə bu çür yazılarıda tirajlayırlar.

Bu işdə, xüsusən, bir başa ermənilər tərəfindən maliyyələşən ''Reqnium'' agentliyi daha seçilir. Burda da məqsəd Rusiya ictimayəttini çaşdıraraq onları anti-Azərbaycan istiqamətində kökləndirməkdir. Nəticə olaraq belə bir təsəvvür yaratmağ istəyirlərki, Azərbaycan siyasi camiyyəsində düşünən insanlar və onun cəmiyyəti sanki anti-Rusiya əhval-ruhiyyəsi ilə yaşayır və Moskvaya qarşı nifrət meyyarları ilə alışıb yanırlar.

Təsəvvür edirsinizmi, bu tip informasiyanı tirajlayan saytlar sübut etməyə çalışırlar ki, Rusiyanın Qafqazda söykənəcək portniyoru yalnız Yeravan və onun erməni siyasi elitası ola bilər. Əlbətdəki, Rusiyanın siyasi çevrələrində sağlam düşüncəli insanlar heçdə vəziyyətin belə olduğunu düşünmürlər. Ancaq təəssüf ki, onlarında bir çoxları sonradan bu erməni anti - Azərbaycan təbliğatının girovuna çevrilirlər. Azərbaycana qarşı bir inamsızlıq furstrasiyasını formalaşdırırlar.

Heç vaxt yadımdan çıxmaz 2013-cü ildə Moskva Dövlət Universitetində Slavyan-Türk Birliyi konsepsiyası kitabımın təqdimatından sonra yuxarıda qeyd etdiyim bu tip saytlar məni və bu tədbiri təşkil edənləri sözün elə hər mənasında ittiham atəşinə tutdular. Hətta tədbirdə iştirak etmiş Rusiya Prezidenti yanında Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Yevgeni Baxrevskinində işdən azad olunmasınada nail oldular. Təəssüf ki, erməni təbliğat maşını bu gün Rusiyada çox güclüdür və Slavyan-Türk Birliyi konsepsiyası onlar üçün soyuq bir duş effekti yaratmışdı,çünki indiyənə qədər əsassız və yersiz təbliğatlarının puça çıxacaqlarını anlamışdılar. Ona görə də var qüvvələri ilə mənə və təşkilatçılara qarşı hücuma keçmişdilər. Hətta bu işə etnik separatizmin ən kəskin ifadəçisi olan Fəxrəddin Abbaszadəni də qatmışdılar. Ermənipərəst saytların şər-böhtan kampaniyaları sərhəd bilmirdi. Yaxşı ki, şəxsi münasibətlərim olan, fikir və təhlillərimə hörmət edən bir çox rus ziyalıları mənim müdafiəmə qalxdılar,çünki qarşı tərəf faktiki olaraq məni ağlasığmaz ittihamlarla ləkələməyə çalışırdılar.El dili ilə desək "Arının yuvasına çomaq girmişdi".

Bunları ona görə deyirəm ki, bir çox politoloqlarımız əgər onlara politoloq demək olarsa, Rusiya əleyhinə olan ritolikalarında biraz diqqətli olsunlar. Unutmasınlar ki, onların Rusiya əleyhinə söylədikləri hər fikirləri erməni maliyyəsi ilə qidalanan Moskva saytları tərəfindən tərcümə olunarağ ani olaraq tirajlanacaqdır. Hətta bəzi "Politoloqlarımızla'' danışan zamanı bu insanların nə qədər dar düşüncə sahibi olduğları baxımından təəcübümü gizlədə bilməmişəm,çünki yuxarıda qeyd etdiyim bu dırnaqarası po litoloqlarımız Rusiyanın yuxarıda qeyd etdiyim tipli saytlarında çap olunduqlarını mənə öyünərək demişdilər. Deyəndəki sizin hansı fikirlərinizi Rusiya saytı çap edib? Cavab olaraq:"Mən onları yaxşıca ifşa etmişəm, onlar da məni çap ediblər". Sual verəndəki sizə təəcüblü gəlmirmi ki, qeyd etdiyiniz bu ifşanı və ya aşağlayıcı ifadələrinizi tirajlamağda onların nə marağları ola bilər ki,sualına gözlərin döyərək üzümə baxırlar.

Bilməliyik ki, Rusiya KİV-dən Qarabağ həqiqətlərimizi olduğu kimi çatdıra biləcək mətbu orqanlar demək olarki yox dərəcəsindədi. Yəni bu işi görmək müqabilində olmazın şərtləri ilə üzləşirsən açığını deyim ki, bu stretopin formalaşmasında da bizim dırnaqarası siyasi təhlilçilərimizin məsuliyyətsiz çıxışlarının da rolu az deyildir. Bu o demək deyildir ,ki biz obyektiv formada tənqid etməli deyilik.

Əlbətdə ki, etməliyik, amma bunu elə şəkildə etməliyik ki, sonradan bu fikirlər bizə qarşı çevrilməsin və təbliğat mübarizəmizdə məğlub vəziyyətə düşməyək. Bəlkə də bir çoxlarının mənim bu fikirlərim xoşları gəlməyə bilər. Amma bizim dövlətçilik maraqlarımız kiminsə mənə qarşı ola biləcək münasibətindən üstündür. Heç kim də düşünməsin ki, nə Rusiya bu coğrafiyadan gedəndi, nə də ki biz.

Tarixi gerçəklik bizi bu coğrafiyada birgə yaşamağa məhkum etmişdir. Ona görə də düşmənlərimizin dəyirmanlarına su tökməyərək milli davamızı aparmalıyığ. Müstəqilliyimizi möhkəmləndirərək, siyasi-iqtisadi inkişafımızı həyata keçirməliyik. Bu məqamda Ümumilli liderimiz Heydər Əliyevin Rusiya istiqamətindəki siyasəti və fikirləri bizim üçün əsas olmalıdır. Ona görədə Rusiya istiqamətindəki söylənilən hər bir söz, bizim əleyhimizə işləyə biləcək abı - hava yaratmamalıdır. Unutmayağ ki,Rusiya əleyhinə söylənən hər fikiri erməni maliyyəsinə bağlı Moskva saytları ani olarağ tirajlayacağlar.









Redaktorun seçimi