Rusların Zaxarovası niyə üstümüzə "kükrə"yir? - Nəzakət Məmmədovanın şərhi

Hit: 1296
Rusların Zaxarovası niyə üstümüzə "kükrə"yir? - Nəzakət Məmmədovanın şərhi

“Azərbaycan müstəqil dövlətdir. Kimi ölkəyə buraxa bilər, kimi bilməz bu, onun suveren hüququdur”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını Faktor.az-a şərh edərkən politoloq Nəzakət Məmmədova  bildirib.

Nəzakət Məmmədova bu bəyanatların əsasında Rusiya Xarici İşlər Nazirliyinə ermənilərin böyük təsirinin durduğunu deyir:

“Azərbaycan müstəqil, suveren dövlətdir. Kimi ölkəyə buraxa bilər, kimi bilməz  bu, onun suveren hüququdur.  Rusiya buna qarışa çıxa bilməz. Digər tərəfdən Azərbaycanda 30000-dən çox erməni yaşayır, onlar heç bir diskriminasiyaya məruz qalmırlar. Mariya Zaxarova da erməni əsilli müğənni Zara Mqoyanla  “Jara” festivala qatıldı. Özü şahidi oldu ki, onu ölkəyə buraxdılar”.

Ploitoloq qeyd edir ki, Azərbaycan öz təhlükəsizliyini nəzərə almalıdır:

“Azərbaycan tərəfinin təhlükəsizlik tərəfindən bir əndişəsi olub ki, ermənilər buraxılmayıb. Çünki Azərbaycanda dəfələrlə ermənilər tərəfindən terror gerçəkləşdirilib. Ola bilər ki,  erməni məqsədli şəkildə Rusiya vətəndaşlığı alıb Azərbaycana daxil olmaq istəsin. Başqa bir tərəfdən Dilqəm Əsgərov da Rusiya vətəndaşdır, əsassız olaraq girovluqda saxlanılır. Zaxarova bununla bağlı bir bəyanat vermir. Heç bir Azərbaycan vətəndaşı da Ermənistana sərbəst buraxılmır”.

Politoloq bildirir ki, bütün bu bəyanatlarda siyasi məqsədlər durur:

“Cənubi Qafqazda region uğrunda mübarizə güclənib. Ermənistanda Paşinyan öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Digər tərəfdən 2020-ci ildə Azərbaycanda və Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu baxımdan 2019-cu il keçid ilidir. Qərb çalışacaq ki, Gürcüstan parlamentində ona yaxın nümayəndələr üstünlük təşkil etsin. Çünki Gürcüstanda parlament əsas qüvvədir.  Seçkilər uğrunda Qərb və Rusiya arasında mübarizə güclənəcək. Ermənistanda isə Paşinyan rusiyapərəstləri uzaqlaşdırmağa çalışsa da, hərbi və digər sahələrdə Rusiyanın nəzarəti çox güclüdür. Gürcüstan və Ermənistanda böyük dövlətlərin marağı var. Azərbaycanın isə mövqeyi elədir ki, heç bir xarici güc buradan regionu nəzarət altına ala bilmir. Azərbaycana təzyiqləri gücləndirirlər ki, müəyyən güzəştlər əldə etsinlər”.

Şəfanə

Faktor.az

 









Redaktorun seçimi