Azərbaycan düşünülmüş xarici siyasət yeridir - DEPUTAT

Hit: 338
Azərbaycan düşünülmüş xarici siyasət yeridir - DEPUTAT

“Azərbaycanın daxili və xarici siyasəti vəhdət təşkil edir. Düşünülmüş, hər bir vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına yönələn, müstəqilliyimiz qoruyan daxili siyasət, güclü xarici siyasət yeritməyə dəstək olur”.

Faktor.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, iqtisadiyyatımızın güclənməsi, milli özünüdərkin daim yüksək səviyyədə olması, tariximiz, milli-mənəvi dəyərlərimizin qorunması Azərbaycanın xarici siyasətində aktual məsələləri önə çəkməyə imkan verir:

“Bu məsələlər içərisində ərazi bütövlüyümüzün təmin edilməsi əhəmiyyətli yer tutur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan düşünülmüş xarici siyasət yeridir. Beynəlxalq təşkilatlarda bu məsələlər dəfələrlə qaldırılır. Azərbaycanın ərazi bütövlüyünə yönəlik qətnamələr qəbul etmələrinə nail olmuşuq. Azərbaycanla diplomatik münasibətləri olan bütün ölkələr ərazi bütövlüyümüzü tanıyır və Ermənistanın bu hərəkətini pisləyirlər. Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində ərazi bütövlüyü məsələsini önə çəkir. Bu gün Azərbaycan beynəlxalq aləmdə dəstəklənir”.

Millət vəkili bildirib ki, qonşu dövlətlər ərazi bütövlüyümüzün dəstəklənməsinə dair öz mövqelərini ortaya qoyurlar:

“Bu məsələ Türkiyə xüsusilə önəm daşıyır. 1993-cü ildən bu ölkə Ermənistanla diplomatik əlaqələrini kəsib. Gürcüstan, Rusiya, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verir. Bu günlərdə Bakıda rəsmi səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməsinə dair verdiyi bəyanat həm bizim, həm də münaqişənin həlli üçün önəmli açıqlamadır. Bütün bu məsələlər Ermənistanın beynəlxalq aləmdə manevrlarını məhdudlaşdırır, investisiya qoyuluşunun azalmasına səbəb olur. Nəticədə bu ölkə iqtisadi baxımdan zəifləyir, regional iqtisadi layihələrdən kənarda qalır. Ermənistan işğalçılıq siyasətinin acı nəticələrini dadmaqdadır. Ötən ilin aprelində Ermənistandakı hakimiyyət dəyişikliliyinin səbəbi işğaldan irəli gələn ağır sosial nəticələrdir. Problem həll edilməyənə qədər bu ölkəyə hər hansı güzəşt edilə bilməz, Ermənistanla bağlı siyasətimiz hər zaman qətiyyətli və prinsipial olmalıdır”.









Redaktorun seçimi