Gömrük Komitəsi, Ekologiya, Diaspora ləğv edilir? - Sensasion təklif

Hit: 1828
Gömrük Komitəsi, Ekologiya, Diaspora ləğv edilir? - Sensasion təklif

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyi və bir sıra dövlət qurumlar ləğv edilib.

Faktor.az xəbər verir ki, İqtisadçı ekspert Qadir İbrahimli bu islahatları müsbət qiymətləndirib : “Bu proses davamlı olmalıdır . Konkret olaraq hazırda üç dövlət qurumunun ləğvi və funksiyalarınn başqa qurumlara verilməsi zəruridir. Dövlət Gömrük Komitəsi ləğv edilib funksiyaları Vergilər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ləğv edilib, funksiyaları Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsi ləğv edilib, funksiyaları Xarici İşlər Nazirliyinə verilməlidir.

O bildirib ki, bu qurumların ləğvindən həm büdcə, həm də cəmiyyət faydalanacaq: “İş yerini itirən insanlara gəldikdə isə, iqtisadi mühiti libeallaşdırmaqla bu problemi rahatca həll etmək olar”.

Faktor.az 









Redaktorun seçimi