“Bu, Putinin səviyyəsində…” - Erməni diasporundan Paşinyana ŞOK

Hit: 356
“Bu, Putinin səviyyəsində…” - Erməni diasporundan Paşinyana ŞOK

Rusiyadakı erməni lobbisi ilə Ermistandakı Nikol Paşinyan hakimiyyəti arasında ixtilaf getdikcə dərinləşir. Bu, Rusiya prezidenti Vladimir Putinin Paşinyanı parlament seçkilərində qələbəyə görə təbrik etməməsi ətrafında yaranan polemikada da açıq şəkildə özünü göstərir. Erməniyönlü rusiyalı politoloq Modest Kolerov da Paşinyan hakimiyyətinə qarşı sərt tənqidlə çıxış edib.

Publika.az xəbər verir ki, “168 Jam” qəzetinə açıqlamasında mövzunu şərh edən Rusiyanın I dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin baş redaktoru Modest Kolerovun sözlərinə görə, Rusiya prezidenti parlament seçkilərində qələbə münasibətiylə Paşinyanı təbrik etməməlidir.

“Bu, Vladimir Putinin səviyyəsində olan məsələ deyil. Bu məsələ ilə bağlı Rusiyanın baş naziri Dmitri Medvedyev və Dövlət Dumasının sədri Vyaçeslav Volodin məsul şəxslərdir. Onlar seçkilərə reaksiya verəcəklər. Həftə sonunadək gözləməyə vaxt var. Əgər bu pauza davam edərsə, daha sonra ətraflı müzakirə edərik”, - o bildirib.

Onun sözlərinə görə, təbrikin gecikməsində müxtəlif səbəblər ola bilər. Kolerov hesab edir ki, indi yaranmış vəziyyət üçün səbəblər mövcuddur. Rusiya eksperti hesab edir ki, indiki vəziyyət Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tutulması haqqında qərarla bağlı ola bilər.

Alman politoloqu Aleksandr Rar isə qeyd edib ki, əgər təbriklərin ənənəvi səviyyəsi və müddətləri dəyişirsə, onda siqnaldır ki, münasibətlərdə etibarsızlıq problemi var.

“Bu mesajdır ki, nəsə problem var. Hətta təbrik olsa belə, Rusiya tərəfi artıq öz mesajını çatdırdı. Erməni hakimiyyəti də ehtimal ki, məsələnin nə olduğunu bilir”, - Aleksandr Rar erməni nəşrinə danışıb.









Redaktorun seçimi