Bütün cəbhə boyu zirehli texnika yerləşdirilir - Müharibə hər an başlaya bilər

Hit: 393
Bütün cəbhə boyu zirehli texnika yerləşdirilir - Müharibə hər an başlaya bilər

Ukrayna Rusiya ilə sərhədə çıxış üçün Donbasda silahlı hücuma hazırlaşır. 

Bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Onun sözlərinə görə, yalnız dekabrın 1-dən 7-dək olan dövrdə ATƏT-in müşahidəçiləri Minsk razılaşmaları ilə təmas xəttində saxlanılması qadağan edilən ağır silahlar və texnikanın 190 vahidini qeydə alıblar. 

Zaxarova iddia edib ki, Donbasda hücum və vəziyyətin kəskinləşməsi Ukrayna prezidenti Pyotr Poroşenkoya seçkilər ərəfəsində öz reytinqini yüksəltmək üçün “hava kimi” lazımdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi daha əvvəl xəbərdarlıq edib ki, Kiyev Donbasda bütün təmas xətti boyu əhəmiyyətli hücum komponentləri cəlb edir.

Faktor.az









Redaktorun seçimi