Yazda yeni toqquşmalar başlanacaq - Rusiyalı ekspertdən Ermənistan üçün ŞOK PROQNOZ

Hit: 771
Yazda yeni toqquşmalar başlanacaq - Rusiyalı ekspertdən Ermənistan üçün ŞOK PROQNOZ

“Ermənistana ölkədəki iqtisadi vəziyyəti qaydaya salmaq lazımdır. əgər dövlət olaraq uğur qazanmaq istəyirlərsə, insanların ölkəni tərk etməsinin qarşısı alınmalıdır”.

Bu barədə rusiyalı ekspert Aleksandr Krılov deyib.

Krılov qeyd edib ki, insanların öz ölkələrini tərk etməsi ümumi tendensiyadır: “Bu, Bolqarıstanda da, Baltikyanı ölkələrində də olur. Lakin bu dövlətlər qonşuları ilə hərbi qarşıdurmada deyil. Erməni dövlət quruluşunun gələcəyi vəziyyəti qəti şəkildə yaxşılaşdıracaq sosial, iqtisadi islahatlardan asılıdır”.

Rusiyalı ekspert əlavə edib ki, yaza qədər vəziyyət yaxşılaşmasa, Ermənistanda yeni siyasi sarsıntılar ola bilər.

“Məlumdur, islahat üçün böyük miqdarda pul lazımdır, lakin bu pulu haradan tapacaqları məlum deyil. Variantlardan biri 20 il ailə bizneslərini qurmuş və milyardlar qazanan oliqarxları silkələməkdir”, - deyə o bildirib.









Redaktorun seçimi