İlham Əliyev Gənclər Mərkəzinin açılışında

Hit: 206
İlham Əliyev Gənclər Mərkəzinin açılışında

Bu gün prezident İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib.

Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.









Redaktorun seçimi