Paşinyan əraziləri qaytarır, əvəzində... – Ərdoğanla Əliyevin Qarabağ planı İŞƏ DÜŞÜR

Hit: 365
Paşinyan əraziləri qaytarır, əvəzində... – Ərdoğanla Əliyevin Qarabağ planı İŞƏ DÜŞÜR

“Türkiyə ilə Ermənistanın münasibətləri normallaşa bilər, lakin Ankara Bakı ilə məsləhətləşmədən buna getməyəcək”.

Bu barədə Rusiyada Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin eksperti Yuri Mavaşev deyib.

Onun sözlərinə görə, Türkiyədə əsas siyasi fiqur Ərdoğandır: “Ermənistan da artıq Sarkisyanın dövründəki ölkə deyil. İndi vəziyyət dəyişib. Bu baxımdan, Türkiyə Ermənistan kartından istifadə edə bilər. Lakin Ankara İrəvanla münasibətlərin normallaşdırılması məsələsində mütləq Bakı ilə məsləhətləşmələr aparacaq. Mümkündür ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapa və beləliklə, Ankara ilə İrəvanın münasibətlərinin düzəlməsindəki maneə aradan qalxa bilər. Yəni Azərbaycanın istəyi təmin olunandan sonra bu mümkündür”.

Rusiyalı ekspert hesab edir ki, Nikol Paşinyan münaqişənin həlli ilə razılaşa bilər.

“Çünki Paşinyan Qarabağla bağlı ziddiyyətli bəyanatlar verir. Az qala onu ərazilərin qaytarılması ilə ittiham edirlər. Ermənistanda müxtəlif güclər hiss etdi ki, Paşinyan əvvəlki hakimiyyətdən fərqli olaraq Qarabağ məsələsinə daha geniş baxır. Nikol Paşinyanı Qarabağa və orada baş vermiş müharibəyə heç nə bağlamır. Buna görə də o, problemə fərqli yanaşa bilər. Buna görə də Ermənistanın Türkiyə və Azərbaycanla bağlı siyasətində mühüm dəyişikliklərin olması şansı yüksəkdir. Şanslar var ki, Paşinyan ərazilərin qaytarılmasında güzəştə gedər, əvəzində Ermənistan üçün lazım olan iqtisadi qazanc əldə edə bilər. Paşinyan bəyan etdi ki, onun Ermənistanda əsas hədəfi iqtisadi inqilab etməkdir. Lakin bu inqilab sərhədlər açılmadan, qonşularla əlaqələr qurulmadan mümkün deyil. Tamamilə mümkündür ki, ərazilər Azərbaycana qaytarılsın. Bu, Türkiyə, Ermənistan və Azərbaycanın üçtərəfli razılığı çərçivəsində ola bilər”, - deyə o bildirib.   

 
 








Redaktorun seçimi