Paşinyan Sarkisyana çevriləcəkmi?

Hit: 377
Paşinyan Sarkisyana çevriləcəkmi?

Ermənistanda ilk dəfə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatdı.

Artıq Mərkəzi Seçki Komissiyası bülletenlərin 20,06%-nin (Yerevan şəhərindən hələ heç bir məntəqənin nəticəsi yoxdur) nəticələrini elan edib. Paşinyanın “Mənim Addımım” Bloku 70,05% səslə mütləq liderliyini qoruyub saxlayır. Sonrakı yerlərdə Çiçəklənən Ermənistan (8,57%), Respublikaçılar Partiyası (4,18%), İşıqlı Ermənistan (6,36%), Daşnaksütyun (4,67%), Orinats Yerkir (1,03%), Sasna Tsrer (1,55%) və başqaları qərarlaşıblar. Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin nəticəsi "Qarabağ klanı"nın siyasi səhnədə dəfn mərasimi ilə başa çatdığını desək, yanılmarıq. 20 ilə yaxındır ki, Ermənistanın siyasi həyatına nəzarət edən “Qarabağ klanı” Paşinyanın başladığı etiraz aksiyaları ilə çökdü. İllərdir ki, İrəvan və Qarabağ erməniləri arasında fikir ayrılığı var idi. İnqilab klanın çökməsinə böyük təsir göstərdi.

Artıq Nikol Paşinyan üçün geniş meydan açılır. Qalır onun meydandan necə istifadə etməyi. Ölkədə sosial-iqtisadi problemlərin həllinə nail olsa, daxildə mövqeləri güclənəcək. Nikol bunları edə bilməsə, ona qarşı etirazların başlayacağı şübhəsizdir. Çünki Paşinyanı hakimiyyətə gətirilməsində Amerikanın böyük rolu var. Bu isə deməkdir ki, Ermənistan üzərində böyük nəzarətə malik olan Rusiyanı siyasi səhnədən uzaqlaşdırmaq və öz nüfuz dairəsinə salmaqdır. Hələlik yaxın illərdə bunu etmək çətin olacaq. Ermənistan cəmiyyəti buna hazırlanmalıdır. Ancaq bunu nə qədər reallaşdıra biləcək, onu zaman göstərəcək. Aydın olan odur ki, Ermənistan geosiyasi oyunların mərkəzinə gətirilir.

Nikolun Qarabağ problemi Nikol üçün ciddi problemlərdən biri də Qarabağ məsələsidir. Qarabağ danışıqlarında Azərbaycan ciddi mövqelərlə malikdir. Üstəlik, sürətlə silahlandırmanı aparır. Rəsmi Bakı Qarabağ danışıqlarında güclü ordu, güclü diplomatiya prinsipinə üstünlük verir. Bu,rəsmi İrəvanı narahat etməyə bilməz. Nikol Paşinyan rəsmi Bakının ikinci aprel savaşı başladacağını ehtiyat edir. Qeyd edək ki, eks-prezident Serj Sarkisyan hakimiyyətinin çökməsində aprel hadisələrinin böyük təsiri oldu. Aprel hadisələrindən sonra daxildə Sarkisyana qarşı inamsızlıq güclənməyə başladı. Aprel döyüşlərində böyük zərbə alan işğalçı Ermənistan hakimiyyəti çökməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Sarkisyan hakimiyyətinin çökməsində aprel hadisələri ilə əlaqələndirmişdi. Digər tərəfdən də sosial-iqtisadi problemlər Sarkisyanın hakimiyyətdən getməsini sürətləndirdi. Sarkisyanın vaxtında olan problemləri Paşinyan həll etməlidir. Bunları həll edə bilməsə, onu Sarkisyanın taleyi gözləyir.

Elnur Eltürk









Redaktorun seçimi