Sabiq nazirdən şok XƏBƏRDARLIQ: - Ermənistanda VƏTƏNDAŞ MÜHARİBƏSİ başlayır - FOTO

Hit: 393
Sabiq nazirdən şok XƏBƏRDARLIQ: - Ermənistanda VƏTƏNDAŞ MÜHARİBƏSİ başlayır - FOTO

“Ermənistanın “ağ” və “qara”lara bölünməsi ölkəni vətəndaş müharibəsinə aparıb çıxaracaq”.

Publika.az xəbər verir ki, bu sözləri sabiq müdafiə naziri, Ermənistan Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən Viqen Sərkisyan deyib.

Parlament seçkilərində səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərə açıqlama verən Sərkisyan bildirib ki, ölkədə hərbi vəziyyətdə davam edərkən Ermənistanı müxtəlif yollarla ikiyə bölmək onu məhvə aparacaq:

“Bizim resurslarımız bütün bu problemlərimizdən daha kiçikdir. Bölgədəki mövqeyimiz zəifləməkdədir. Eyni zamanda, parlament seçkiləri olduqca tələsik bir atmosferdə keçirilir. Bu da siyasi sahədə möhkəmlənməmizə ciddi mane olur və demokratik proseslərin inkişafının, güclənməsinin qarşısını alır”.

Qeyd edək ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. 3 milyon əhalisi olan ölkədə 2 milyon 592 min 486 nəfərin seçki hüququ var. Erkən seçkilərdə 9 partiya və 2 blok mübarizə aparır. Müşahidə missiyası 8 beynəlxalq və xarici təşkilatdan ibarət 505 müşahidəçi, 22 ictimai təşkilatından isə 17 min 813 yerli müşahidəçi tərəfindən yerinə yetirilir.









Redaktorun seçimi