Parisdə kimlər döyüşür?

Hit: 460
Parisdə kimlər döyüşür?

Nyu-York-Vaşinqton qarşıdurması Avropanı hara aparır?

Parisdə baş verən hadisələr göstərdi ki, dünya növbəti təlatüm dalğası ilə üz üzədir. Dünyanın müxtəlif yerlərində alovlandırılan ocaqlar, o cümlədən, Yaxın Şərqdə baş verənlər Fransada başqa formada təzahür edir. Parisdə baş verənlər sıradan bir məsələ deyil. Dünya format olunur. Format olunan dünyada əsaslı dəyişikliklər baş verəcək ki, nəticədə supergüc rolunun dəyişməsini qətiyyətlə rədd edən Vaşinqtonun aqressiyası çox təhlükələr yaradacaq. Buna görə də, hələ uzun illər dəhşətli mənzərələrin dünya sakinləri olaraq bizi təqib edəcəyi gözləniləndir.

Amma bizi təəssüfləndirən məqam media və ekspertlər olaraq baş verənlərin pərdəarxası məqamlarını görə bilməməmyimiz və bu səbəbdən də cəmiyyətə gerçəkləri anlada bilməməyimizdir. Əvvəllər də bu mövzuya toxunaraq qeyd etmişik ki, gerçək dünyanı görmədən uğur qazanmağımız mümkün deyil. Gerçək dünyanı isə ixtisaslaşmış strateji mərkəzlərin və strateqlərin gözü ilə görmək mümkündür. İnkişaf etmiş dövlətlərin hamısı strateji mərkəzlərə çox ciddi maliyyə ayırırlar. Bu sahə proqnozlaşdırma baxımından ciddi əhəmiyyət daşıyır...

Çox təəssüf ki, dünyada beynəlxalq hüquqa dayanan dövlətlərarası münasibətlər sisteminin olmaması vəhşi və daha eybəcər bir vəziyyət yaradıb. Buna görə də biz dünyanı beynəlxalq hüquq anlayışı kontekstində deyil, gerçək proseslər fonunda analiz etmək, zorunda qalırıq.

Xüsusilə beynəlxalq hüququn qarantı kimi təqdim edilən dövlətlərin bu anlayışı yerlə bir etməsi dünyanı fəlakətə sürükləyir. Bu səbəbdən də məsələn, Qarabağ problemi yaradılır öz həllini tapmır, Yaxın Şərqdə baş verən anormal durumun bir məntiqi izahını vermək mümkün olmur və.s. Artıq dünya ekspertləri, xüsusilə geosiyasi proseslər fonunda iqtisadi, siyasi, hərbi təhdidlərlə daha çox üz-üzə olan dövlətlərin ekspertləri öz cəmiyyətlərinə gerçək dünyanı anlatmağa başlayıblar...

Qlobal inhisarçılıq – Avropa ordusu kimə qarşıdır?

Çox təəssüf ki, gerçək dünyada dövlətlərarası münasibətlər sistemi beynəlxalq hüquqa dayanmır. Dünyada qlobal inhisarçılıq mövcuddur. Bundan yaranan imperialist maraqlar var və dünya nizamı da hələ ki, bu faktorlara söykənir.
Hazırda dünyada çox ciddi və təhlükəli proseslər baş verir. Toqquşan qlobal maraqların arxasında format olunan dünya düzəni var və bu, dünya iqtisadiyyatında əsas pay sahibi olan Vaşinqtonun maraqlarına qarşıdır.

Yaxın və uzaq perspektivdə müttəfiq olan dövlətlər düşmənə, dümənlər isə dosta çevriləcəklər. Dünyada cəbhələşmə dünya siyasətinə həlledici səviyyədə təsir edir və daha sərt xarakter alacaq. Müşahidə olunan proseslər onu deməyə əsas verir ki, həmin cəbhələşmədə Vaşinqton tək qalacaq.

NATO faktiki çökmüş durumdadır. NATO-nun ABŞ-dan sonra ikinci güclü ordusunun sahibi sayılan Türkiyə Vaşinqtonla qarşı-qarşıyadır.

Avropada Avropa İttifaqı ordusu qurmaq haqqında müzakirələr aparılır. Müzakirələrdə bu ordunun qurulmasında Rusiyanın dəstəyinin olduğu bildirilir.

Türkiyənin də bu ordunun içində yer alacağı vurğulanır.

Əgər Rusiya da bu prosesə dəstək verirsə, o zaman Avropa İttifaqı ordusu kimə qarşı qurulur? Təbii, Vaşinqtona qarşı qurulur ki, ordunun içərisində yer alan dövlətlər həm də NATO dövlətləridir. Bu isə o anlama gəlir ki, NATO yaxın perspektivdə tarixin arxivinə gömüləcək. Faktiki isə NATO-nun Pentaqon adlandırılması daha uyğun ifadə hesab olunmalıdır.

ABŞ borc bataqlığına niyə sürüklənir?

Təbii ki, NATO-nun aparıcı dövləti olan ABŞ - Pentaqon bu mənzərə ilə heç cür barışmaq niyyətində deyil. Bu səbəbdən də Pentaqonda Fransaya dərs vermək qərarı alınıb. Hazırda parisdə Nyu-York-Vaşinqton qarşıdurması gedir.

Avropa Birliyinin, o cümlədən Brexit layihəsinin arxasında Nyu-York - Yacobs Rotşildin ofisi var. Dolları çap etmə hüququna, eyni zamanda, bütün dünya dövlətlərinin, həmçinin ABŞ-ın trilyonlarla dollar borcunun olduğu Rotşildlər Vaşinqtonun hazırkı dini-ideoloji düşüncə üzrərindən geosiyasi planlar reallaşdırmağa çalışan idarəçilik sisteminə qarşıdır.

Dünyanın maliyyə sisteminə hökm etməklə dünyanı əllərində saxlayan qlobal oliqarxiya onunla hesablaşmayan və elə qlobal oliqarxiyanın supergücə çevirdiyi Vaşinqtonu yerində oturtmağa qərarlıdır. Yevangelist ideologiyası üzərindən dünyaya hakim olmağa çalışan və bu prosesdə bir güc kimi ABŞ dövlətindən yararlanan, eyni zamanda, sionizmin də dəstəyini alan dini-ideoloji güc hazırda ABŞ dövlətinə, o cümlədən pentaqona sahibdir.
Qlobal oliqarxiya isə bunu özünə təhlükə sayır və Vaşinqtonu ram etmək üçün ABŞ-ı borc bataqlığına sürükləməkdə davam edir.

Qeyd edək ki, hazırda ABŞ-ın 22 trilyon dollardan artıq xarici borcu, illik 800 milyard dollar büdcə kəsiri var. Bahalaşan dollar ABŞ-ın maraqlarına cavab vermir, Çin isə ucuz yuanla ixracatını daha da artırmaqla dünya bazarlarını ələ keçirməkdə davam edir. Diqqət çəkən məqamlardan biri Tramp hakimiyyətə gələndə bu borcun 17 trilyon dollar olması və Tramp hakimiyyətində isə sürətlə artmasıdır.

Bəzi tezislər isə bütün bu mənzərəni daha aydın təsəvvür etməyimizə imkan verir.

Məsələn ABŞ prezidenti Donald Tramp:

-Mənim ən böyük düşmənim FED-dir.

-FED-in uçot dərəcəsini qaldırması Amerikanın maraqlarına qarşıdır.

Bundan başqa, Trampın arxasında ABŞ iqtisadiyyatı olan dollar kütləsinin ABŞ-a qayıtması üçün verdiyi bəyanatlar və arxasında əmtəə olmayan minlərlə trilyon dolları üzə çıxarmaqla qlobal oliqarxiyaya zərbə vurmaq cəhdləri daxil olmaqla boşa çıxan həmlələr dünyada vəziyyəti daha da qəlizləşdirir.

Rotşildlərin önəmli isimlərindən olan David de Rotşild:

-Dünya əhalisinin sürətlə artması, məhsul verən ərazilərin azalması dünya üçün böyük təhlükədir və bu barədə ciddi düşünməliyik. Vaşinqtonun yürütdüyü siyasət isə bu proseslərə adekvat deyil. Yanlış siyasət üzündən dünya daha da təhlükəli vəziyyətə gəlir. Bu səbəbdən də dünya təkcə Vaşinqtondan idarə olunmamalıdır.

Uzaq perspektivə hesablanan hədəflər

Görünən odur ki, dünyanın maliyyə sisteminin – FED-in, Beynəlxalq Valyuta Fondu, Dünya Bankının əsas sahiblərindən olan Rotşildlərin dəstəyi ilə dünyanın geosiyasi mənzərəsi dəyişir. Dünyada Rotşildlərin dəstəyi ilə yeni güc mərkəzləri yaradılır. Dövlətlər isə öz gələcək talelərini uzaq perspektivə hesablanan strateji planlara uyğunlaşdırırlar. Qarşı çıxan isə yalnız Vaşinqtondur.

Hələ ki, qarşıdurma Parisdə davam edir. Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Avropa Birliyinin liderinə çevrilməsi planlaşdırılan Fransanın - Rotşildlərin dəstəyi ilə hakimiyyətdə olan Makronun proseslərdə aktiv rol alması isə Vaşinqtonu qəzəbləndirir. Bu səbəbdən də Parisdə qarşıdurmaya rəvac verən Vaşinqton Makron başda olmaqla Fransa hakimiyyətini cəzalandırmaq istəyir.

Baş verənlər Fransa başda olmaqla Avropa İttifaqının geosiyasi taleyini həll edəcək prosesin başlanğıcıdır. Bu səbəbdən də Fransa hökuməti stabillik üçün bütün vasitələrə əl atacaq. Baş naziri Eduard Filipp bildirib ki, Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.

Amma bu və digər qərarların problemi tez bir zamanda həll edəcəyi inandırıcı deyil. Çünki gerçək səbəblər qlobal xarakterlidir və Almaniya daxil olmaqla Avropanın bir sıra yerlərində də “Ərəb baharı”na, “Gəzi”hadisələrinə bənzər olaylara rəvac veriləcəyi istisna edilmir.

Digər tərəfdən Fransada sabitlik yaranacağı və davam edəcəyi təqdirdə belə, bu gərginlik Makronun seçkilərdəki taleyinə də ciddi təsir göstərəcək və bu da prosesin bir hissəsidir.

Məsələn, Paris Match və Sud Radiosunun açıqladığı “Ifor” agentliyinin apardığı sorğunun nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun və baş nazir Eduar Filippin reytinqləri sürətlə aşağıya düşməkdədir. 
Məlumatda bildirilir ki, Makronun reytinq dərəcəsi 23, baş nazirin isə reytinq dərəcəsi 25 faizə enib. Əlavə edilir ki, bu qədər aşağı hədli reytinqə 2013-cü ilin dekabrında sabiq prezident Fransua Olland düşüb.
Prezident və baş nazirin ölkə əhalisi arasındakı reytinqlərinin aşağıya düşməsi son vaxtlar iqtisadi siyasətdə buraxdıqları ciddi nöqsanlar və son iğtişaşlar göstərilir.

Makron hakimiyətdən gedəcəksə, o zaman Fransada ABŞ-ın namizədi hakimiyyətə gətiriləcək, nəticədə Avropa İttifaqı Vaşinqtonun koloniyası olmaqda davam edəcək. Amma istisna edilməsə də bu cür vəziyyət inandırıcı hesab edilmir. Bu isə o deməkdir ki, Vaşinqton uduzmaqda davam edəcək. Arxasında böyük maliyyə dəstəyini alan Avropa İttifaqı Vaşinqtonun hegemoniyasından qurtulmaqda, ona verilən rolu oynamaqda qərarlıdır...

Dünya təkcə Vaşinqtondan idarə olunmayacaq

Britaniya Avropa İttifaqından çıxacaq. Bununla da London dünyanın idarə olunmasında daha önəmli və təsirli vəziyyətə gətiriləcək. Avropa İttifaqı Fransanın liderliyi ilə böyük güc mərkəzi olaraq formalaşacaq. Daha bir güc mərkəzi isə transmilli medianın – Moskvanın arxasında gizlədiyi Pekindir...Beləliklə Vaşinqtonun hesablaşmaq zorunda qalacağı alternativlər müəyyənləşdiriləcək.

Getdikcə uduzan və supergüc rolunu itirməmək üçün bütün vasitələrə əl atan Vaşinqton isə ağlasığmaz addım atmaqla Rotşildlərin yanında yer alan dövlətləri sanksiyalarla cəzalandırmağa çalışır. Az qala bütün dünyaya iqtisadi sanksiyalar tətbiq etməklə başladılan proseslərlə barışmayacağını nümayiş etdirir. Bunun üçün üçüncü dünya müharibəsini başladacağından belə çəkinmədiyinin mesajını verir.

Trampın 1987-ci ildə keçmiş SSRİ ilə imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan da imtina etməyə hazırlaşdıqlarını bəyan etməsi də bu mesaj kimi dəyərləndirilməlidir: “Müqavilədən çıxacağıq. Çünki bu silahları daha da təkmilləşdirməyimiz lazımdır”.

Rusiya tərəfindən verilən ilk reaksiyada isə bu açıqlamanın “Çox təhlükəli addım” dəyərləndirilməsi dünyanın hazırda hansı təhlükələrlə üz-üzə qaldığının təsbitidir...

ABŞ hökuməti bununla demək istəyir ki, Vaşinqtona qarşı olan hər bir layihəyə qarşı bütün vasitələrdən istifadə ediləcək-hətta nüvə müharibəsindən də. Biz isə dünya sakinləri olaraq dəhşətli bir mərhələnin astanasındayıq və hələ çox iqtisadi, siyasi böhranlar, xaos və qarşıdurmalar müşahidə edəcəyik...

Əli Zülfüqaroğlu









Redaktorun seçimi