İlham Əliyev dünya liderləri ilə “Şelkunçik”ə baxdı

Hit: 483
İlham Əliyev dünya liderləri ilə “Şelkunçik”ə baxdı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir.

 MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə Mariinski teatra digər MDB ölkələrinin liderləri- Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev də gəlib.









Redaktorun seçimi