Məmmədyarov Meksika prezidentinin andiçməsinə qatıldı

Hit: 274
Məmmədyarov Meksika prezidentinin andiçməsinə qatıldı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksikanın prezidenti Andres Manuel Lopez Obradorun Meksika Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.

XİN-dən  verilən məlumata əsasən, mərasimdə bir sıra dövlət başçıları, çoxsaylı yüksəksəviyyəli qonaqlar iştirak edib.

Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Meksika Prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.









Redaktorun seçimi