Putin Ermənistanın silahını kəsdi, Qarabağda... - İrəvan ŞOKDA

963 dəfə oxunub
Putin Ermənistanın silahını kəsdi, Qarabağda... - İrəvan ŞOKDA

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistana heç bir silah gətirilməyib”.

“Daşnaksütyun” partiyasının nümayəndəsi Qrant Marqaryan “ararat” telekanlına müsahibəsində pisləşən Ermənistan-Rusiya münasibətləri haqqında danışarkən bu barədə bildirib.

Onun fikrincə, ölkəyə heç bir silahın gəlməməsinə səbəb məhz İrəvan-Moskva xəttində baş verən gərginlikdir.

Marqaryan hesab edir ki, bu amil Qarabağda vəziyyəti Ermənistanın əleyhinə çevirir.

“Ermənistanın yeni hökuməti bir tərəfdən Rusiya ilə münasibətləri nizama salmağa çalışır, digər tərəfdən, xarici siyasət oriyentasiyasını dəyişdirir. Bu iki istiqamət üzrə hərəkət edirlər. Mən inanmaq istəyirəm ki, Rusiya ilə münasibətləri nizama salmaq istiqamətində real addımlar atılır. Əks təqdirdə vəziyyət yaxşı olmaya bilər. Çünki biz müharibə aparan ölkəyik və faktiki olaraq, Rusiya ilə münasibətlərin pisləşməsi silahın kəsilməsi deməkdir. Yeni hakimiyyətin dövründə ölkəyə bir dənə də silahın gəlməməsi bunu göstərir. Bu vəziyyət Qarabağda vəziyyəti bizim əleyhimizə dəyişdirir. Buna görə kim cavab verəcək?”, - deyə daşnakların nümayəndəsi bildirib.



Redaktorun seçimi