Qarabağda müharibə başlanacaq - Rusiyadan XƏBƏRDARLIQ

Hit: 926
Qarabağda müharibə başlanacaq - Rusiyadan XƏBƏRDARLIQ

“Dağlıq Qarabağda müharibə gözlənilməz və ən uğursuz vaxt başlana bilər”.

Faktor.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk deyib.

Trofimçuk hesab edir ki, ABŞ regionda Rusiyanın mövqelərini zəiflətməyə çalışaraq Qarabağa nəzarət etmək istəyir: “Boltonun Ermənistana silah satışının mümkünlüyü haqqında bəyanatı da məhz buna hesablanmışdı. Həmçinin, Vaşinqton bununla Cənubi Qafqaz üzərində ümumi nəzarəti gücləndirə biləcəyini düşünür”.

Rusiyalı politoloqun fikrincə, ABŞ Ermənistandakı daxili siyasi proseslərə böyük ümidlər bəsləyir. 

“Amerikalılar Ermənistandakı proseslərin Rusiyanın bu ölkədəki təsirini zəiflədəcəyinə inanır. Bu isə ABŞ-ın bölgədə güclənməsinin və Qarabağa nəzarət etməsinin yolunu açacaq. Buna görə də Bolton Qarabağ münaqişəsinin nizama salınmasının ABŞ üçün strateji qiymətə malik olduğunu bildirdi. Lakin bu proseslər Qarabağda qarşıdurmanı artıracaq və müharibə ən uğursuz anda başlayacaq”, - deyə o bildirib.









Redaktorun seçimi