İrəvanın yeganə yolu bağlandı - Bakıya təslim olacaq

Hit: 3729
İrəvanın yeganə yolu bağlandı - Bakıya təslim olacaq

“ABŞ sanksiyaları Ermənistanı İranla da sərhədi bağlamağa məcbur edəcək”.

Bu barədə erməni şərhçi Mamikon Babayan deyib.

Erməni şərhçi qeyd edir ki, İrəvanın Tehranla bağlı müstəqil siyasəti Vaşinqtonun xoşuna gəlmir: “ABŞ İranı təcrid etmək planında Ermənistanın maraqlarını qurban verməyə hazırdır. Halbuki, İranla sərhədin bağlanması Ermənistan üçün ciddi sınaq olacaq. Ötən ilin məlumatına görə, Ermənistanla İran arasında əmtəə dövriyyəsi 260 milyon dollar təşkil edib. İkitərəfli iqtisadi əməkdaşlıq inkişaf edir. İran faktiki olaraq blokada vəziyyətinə olan Ermənistan üçün quru nəfəslik rolunu oynayır. İran Ermənistana investisiya qoymaq planlarını təqdim etmişdi. Görünür, ABŞ-ın istəyinə görə bu baş tutmayacaq. Ermənistan bununla həm də Qarabağ məsələsində dəstəkçilərindən birini itirəcək”.

Babayan bildirir ki, belə vəziyyətdə yeganə yol Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir.

“Ermənistan üçün əsas xilas yolu Türkiyə ilə sərhədin açılmasıdır. Vaşinqton bu sərhədin açılmasını istəyir, lakin Ankara Azərbaycan ərazilərinin işğal edildiyini əsas gətirərək, bundan imtina edir. Bu vəziyyətdə yeganə xilas yolu Qarabağ münaqişəsinin həlli və heç olmasa ərazilərin üçdə bir hissəsinin azad edilməsidir. Bu, Ermənistanın gələcək taleyi üçün də vacibdir”, - deyə o bildirib.









Redaktorun seçimi