ABŞ və Rusiya təyyarələri Türkiyənin bir addımlığında qarşı-qarşıya gəldi - GƏRGİNLİK

51 dəfə oxunub
ABŞ və Rusiya təyyarələri Türkiyənin bir addımlığında qarşı-qarşıya gəldi - GƏRGİNLİK

ABŞ ordusuna aid kəşfiyyat təyyarəsi Rusiyanın Hava Qüvvələrinə aid qırıcı ilə Qara dəniz üzərində gərgin anlar yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yazılı açıqlama verib.

Açıqlamada bildirilir ki, "EP-3” tipli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava sahəsində Rusiyanın “Su-27” qırıcısı tərəfindən 25 dəqiqə boyunca təqib edilib və sıxışdırılıb. “Su-27” pilot və heyətin həyatını riskə atacaq formada yüksək sürətlə kəşfiyyat təyyarəsinin önünə keçib və onun qarşısını tüstü dumanı ilə örtüb. ABŞ-ın kəşfiyyat təyyərəsi bu səbəbdən titrəməyə məruz qalıb.

 

Pentaqondan gündəlik mətbuat konfransında verilən açıqlamaya görə, pilotlar bir-birilə əlaqə qurmayıb və buna görə bu yaxınlaşma təhlükəli hal alıb.



Redaktorun seçimi