ABŞ qanlı müharibələrə başlayır: Azərbaycan, Ermənistan və... - DƏHŞƏTLİ SSENARİ

Hit: 4927
ABŞ qanlı müharibələrə başlayır: Azərbaycan, Ermənistan və... - DƏHŞƏTLİ SSENARİ

“ABŞ Cənubi Qafqazda və Balkanlarda stabilliyi pozmağa, Rusiya və Türkiyə arasında qarşıdurma yaratmağa çalışır. Çünki Ankara və Moskva Vaşinqtonun Yaxın Şərqdə, eləcə də Avropadakı maraqlarına dağıdıcı təsir göstərir”.

Bu iddia ilə rusiyalı politoloq Aleksey Martınov çıxış edib.

Onun sözlərinə görə, Ermənistanda “rəngli inqilab”, Yunanıstanla Rusiya arasında diplomatik qarşıdurmanın baş verməsi, Ukraynada pravoslavlar arasına nifaq toxumunun səpilməsi təsadüfi hadisələr deyil.

“Bütün bu proseslər ABŞ və Böyük Britaniya, eləcə də onların tərəfdaşlarının xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Hədəfdə Rusiyadır. Lakin halqa təkcə Rusiya ilə yekunlaşmır. Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin, regionun digər ölkələri də hədəfdədir. Qərb xüsusi xidmət orqanları bütün regionda qanlı müharibələr hazırlayır”, - deyə rusiyalı politoloq iddia edib.

 








Redaktorun seçimi