Dünyanın gözü ORA DİKİLDİ: oktyabrın 27-də… - FOTOLAR

Hit: 533
Dünyanın gözü ORA DİKİLDİ: oktyabrın 27-də… - FOTOLAR

İstanbulda oktyabrın 27-də Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək.

Faktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel Suriyadakı vəziyyəti ətraflı müzakirə edəcək, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər.

 

Qeyd edək ki, Suriyada müharibə 2011-ci ilin martında başlanıb. Dinc nümayişlər hərbçilərin silah tətbiqindən sonra silahlı konfliktə keçib. BMT-ın məlumatına görə, münaqişənin gedişatında 400 mindən çox insan həlak olub, 10 milyondan çoxu öz evlərini tərk etməyə məcbur edilib, 4,8 milyon insan ölkə xaricində sığınacaq tapıb.









Redaktorun seçimi