Bransonun azadlığı Türkiyə-ABŞ münasibətlərinə nə vəd edir? - FOTOLAR

Hit: 245
Bransonun azadlığı Türkiyə-ABŞ münasibətlərinə nə vəd edir? - FOTOLAR
Telman Nüsrətoğlu: “Son illər Türkiyəyə qarşı filmlərə mövzu olacaq kəşfiyyat savaşları olub”

Türkiyə casusluq və terror təşkilatı ilə əlbir olmaqda ittiham etdiyi  keşiş Bransonu azadlığa buraxıb. Xatırladaq ki, keşiş Bransonla bağlı baş verənlər ABŞ-la Türkiyə arasıdna ciddi gərginliyə səbəb olmuş, hər iki tərəf bununla bağlı sərt bəyanatlar səsləndirmişdi.

Bransonun azad edilməsi iki dövlət arasında gərgin olan münasibətləri az və ya çox dərəcədə yumşalda bilərmi?

Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu bunun münasibətlərə yalnız müsbət təsir göstərə biləcəyini vurğulayıb:

 

“Amerikalı missioner rahib Branson hadisəsinin əlbəttə, görünən tərəfiylə yanaşı, görünməyən tərəfləri də var. Evangelistlərin Amerikadakı təsirli mövqeyi, Amerika daxili siyasətindəki qrupların güc mübarizəsi, yaxınlaşan seçkilər, Türkiyə-Amerika münasibətləri, bölgədə baş verən proseslər bu məsələ dəyərləndirilərkən mütləq diqqətə alınmalıdır. Türkiyə zənimcə, onu azad etməklə seçənəklər arasında ən optimal və praqmatik olanı seçdi. Son illər Türkiyəyə qarşı imperial mərkəzlər tərəfindən sistematik hücumlar olub, filmlərə mövzu olacaq kəşfiyyat savaşları olub. Qaşıqçı hadisəsiylə bu proses hələ də davan edir. Ancaq Türkiyə böyük dövlət refleksi və ağlıyla hər dəfə bu əməliyyatları dəf edib. Bransonu cəza kəsərək Amerikaya göndərmək də məncə çox maraqlı gedişdir. Həm Trampla, Amerikayla münasibətlər yumşaldılır, həm də Fəratın şərqinə yönəlik gözlənilən antiterror əməliyyatında Amerikanın tərəfsiz olmasına çalışılır.

Artıq Amerika, Avropa Türkiyənin bölgədə söz sahibi bir ölkə olduğunu, Suriyanın şimalında bir terror koridorunun imkansız hala gəldiyini anlayır. Ona görə zənnimcə, Amerika da bundan sonra Türkliyə ilə müttəfiqlik münasibətlərinin səviyyəsini yükstəlməyə çalışacaq. Türkiyəsiz Amerika Balkanlardan Orta Asiyaya bir geopolitik təsir icra etməz. Mənə görə, Suriyaya təyin olunan yeni Amerika təmsilçisinin də Türkiyə ilə yaxın olması bunu göstərir”.

 

1








Redaktorun seçimi