Erməni-rus ordusu Qarabağ əməliyyatlarında iştirak edəcək? - General

Hit: 1690
Erməni-rus ordusu Qarabağ əməliyyatlarında iştirak edəcək? - General

Birləşmiş Ermənistan-Rusiya ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu birləşmiş ordunun Ermənistandan olan komandanı Tiqran Parvanyan deyib.

General-mayor erməni-rus hərbi birləşməsinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilməsi ehtimal olunan hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib.

O, birləşmiş Ermənistan-Rusiya ordusunun Qarabağdakı əməliyyatlarda iştirak etməyəcəyini bildirib:

“Birləşmiş qrup hərbi əməliyyatların başlanması vəziyyətində Qarabağdakı əməliyyatlara qoşulmağa çağırılmayacaq və çağırılmır. Lakin ordu öz vəzifələrini yerinə yetirməyə hazırdır”.

 








Redaktorun seçimi