Azərbaycanın canın iki yerə böldülər - Sonra ürəyini qopartdılar - Ordumuz bu cəlladları axtarır

Hit: 546
Azərbaycanın canın iki yerə böldülər - Sonra ürəyini qopartdılar -  Ordumuz bu cəlladları axtarır

Ermənistanın baş naziri danışıqların formatının dəyişməyəcəyini etiraf etməklə yanaşı, Azərbaycanı günahlandırmağa cəhd göstərdi; seçkiqabağı cəbhədə vəziyyət dəyişə bilər; politoloq: “Dağlıq Qarabağdakı erməni separatçıları Paşinyanın ”atəşkəsə riayət edin" tapşırığına məhəl qoymaya da bilərlər"

Ermənistanın baş naziri Nikol Paşinyan istefaya gedəcəyi  tarixlə bağlı açıqlama verib. “Yeni Müsavat” bununla bağlı erməni KİV-lərinə istinadən xəbər verir. Baş nazir “Fransa24"ə müsahibəsində deyib ki, 16 oktyabrda postundan istefa verəcək.

N.Paşinyan həmçinin Ermənistandakı parlament seçkilərinin tarixini də açıqlayıb. Bildirib ki, növbədənkənar seçkilər dekabrın 9-u, yaxud 10-u keçirilə bilər. Bu, onu deməyə əsas verir ki, erməni baş nazir artıq daxildəki əleyhdarlarını neytrallaşdırmağı bacarıb. Parlament çoxluğunu təşkil edən Respublikaçılar Partiyasının seçkilərə qədər yeni baş nazirliyə namizədlə çıxış etməyəcəyini bəyan etməsindən sonra Paşinyanın əl-qolu açılıb. Hətta hökumət başçısının ssenarisini həyata keçirməkdən ötrü Rusiyanın da neytrallığına nail olduğu iddiası var. Amma maraqlıdır ki, N.Paşinyan Ermənistanda səfərdə olan Dövlət Dumasının anti-Azərbaycan mövqeli üzvü, komitə sədri K.Zatulini qəbul etmədi. Hətta Zatulin geri dönəndən sonra bunu xüsusi olaraq qeyd edib. Sitat: “Mən Nikol Paşinyan və ya onun hansısa nümayəndəsi ilə görüşməyə cəhd etdim, lakin heç bir cəhdim uğurlu alınmadı. Görüşmək arzusu həqiqətən var idi. Mən bir çox fikirlərlə tanış olub, bundan sonra nə olacağını başa düşməyə çalışdım”.

Lakin bu fakt heç də o anlamı vermir ki, Paşinyan Düşənbə görüşündən sonra konstruktiv mövqedən çıxış etməyə başlayıb. Düzdür, o, son müsahibəsində Dağlıq Qarabağla bağlı danışıqların formatının dəyişməyəcəyini deyib və bununla da rəsmi Bakının prinsiplərinin dəyişməzliyinə işarə vurub.

Ancaq baş nazir yenə də sülh prosesinə xələl gətirən mövqe sərgiləyib. “Biz həmçinin konfliktlərin sülh yolu ilə həlli üçün səylərimizi ikiqat artırmalıyıq. Buraya Dağlıq Qarabağ konflikti də aiddir. Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində 20 ildən çoxdur davam edir”, - deyən Paşinyan Azərbaycanı Dağlıq Qarabağla bağlı dialoqdan imtina etməkdə günahlandırmağa cəh edib: “Biz əminik ki, Dağlıq Qarabağın statusunun həllində ”DQR" (virtualaz.org) həlledici səsə malik olmalıdır. Problemin güc yolu ilə həlli cəhdləri “Dağlıq Qarabağ xalqı”nın fiziki mövcudluğuna təhdid yaradır". Paşinyan iddia edib ki, Azərbaycana torpaq lazımdır, “Qarabağ xalqı! (?-red.) yox”. Erməni baş nazir burada ”xalq" ifadəsini vurğulamaqla da absurda gedib. Lakin Bakının mövqeyi budur ki, Azərbaycanın qanunlarına hörmət edən hər bir vətəndaşına sahib çıxmağa hazırdır.

Ermənistanın baş naziri “Frans-Press” agentliyinə müsahibəsində də ziddiyyətli açıqlamalar verib. Sitat: “Cənab Əliyevlə apardığım müzakirələr Qarabağ münaqişəsinin həlli barədə deyil, sülh danışıqlarının mümkün olması üçün mövcud şəraitin yaradılması ilə bağlı idi. Münasib şərtlər olmadıqca, əsas məqsədə çatmaq mümkün deyil”. (modern.az) Onun sözlərinə görə, tərəflər təmas xəttində vəziyyətin gərgin olduğunu etiraf ediblər. Paşinyan “Dağlıq Qarabağ”ın danışıqlar prosesində iştirak etməyəcəyini də deyib. “Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu formatında Azərbaycan və Ermənistan arasında davam edəcək. Çünki Azərbaycan Qarabağ nümayəndələri ilə danışıqlar aparmaq istəmədiyini açıqlayıb”.

Mövqeyindən də görünür ki, Paşinyan işğala son vermək iqtidarında deyil və onun belə bir iradə nümayiş etdirəcəyinə kimsə inanmır. Belə olan təqdirdə çıxış yolu kimi Azərbaycanın Rusiyanın da dəstəyi, yaxud neytral qalması şəraitində “ildırımsürətli” hücumla ən azı bir neçə rayonu işğaldan azad etməsi yeganə çıxış yolu sayılır. Hesab olunur ki, belə bir əməliyyatdan sonra sarsılan erməni cəmiyyətini və ordusunu ram etmək Paşinyanın özü üçün də asan olacaq. Ancaq Bakı danışıqlara sadiqliyini bəyan edir və Ermənistanın 1992-93-cü illərdəki davranışlarını təkrarlamaqdan uzaq mövqe sərgiləyir, qan tökülməməsi üçün Ermənistan hakimiyyətindən konstruktivlik gözləyir.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur: “O, İrəvanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib, parlamentdəki mövqelərini gücləndirərək indikindən güclü baş nazir olmaq istəyir. Buna baxmayaraq, müxalif qüvvələr də zəif deyillər. Parlamentdəki Respublikaçılar Partiyası başa düşür ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki keçiriləcək”.

Bununla belə, E.Şahinoğlu zənn edir ki, Paşinyanın durumu ağırdır: “Bir tərəfdən müxalifətin təxribatları ilə mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var. Bununla yanaşı, Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, həm də inzibati resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm. Robert Köçəryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçirib, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onlar bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petrosyandan fərqli olaraq, Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq. Ermənistandakı hadisələr Azərbaycanda diqqətlə müşahidə olunur. Çünki Ermənistanda siyasi vəziyyət gərginləşərsə, bu, cəbhə bölgəsindəki vəziyyətə də mənfi təsir edəcək. Ona görə də Azərbaycan Ermənistanda bütün ssenarilərə hazır olmalıdır. Məsələn, Dağlıq Qarabağdakı erməni separatçıları Paşinyanın ”atəşkəsə riayət edin" tapşırığına məhəl qoymaya da bilərlər. Ermənistanda Paşinyan əleyhinə olan qüvvələr və “Qarabağ klanı”nın tanınmış simaları Qarabağ üzərindən Ermənistanın baş nazirinə problemlər yarada da bilər".

Politoloq son zamanlar Qarabağdakı separatçı rəhbərliyin təxribatçı davranışlarını artırmasına da münasibət bildirdi: “Məsələ burasındadır ki, bizim üçün kimin atəşkəsi pozmasının fərqi yoxdur, əgər Paşinyan separatçılara nəzarət edə bilmirsə, bu onun problemidir, bizim vəzifəmiz təxribatların qarşısını almaq və lazım olan anda əks-zərbə ilə düşməni zəiflətməkdir”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov teleqraf.com-a müsahibəsində Ermənistandakı seçkiqabağı durumun siyasi baxımdan gərgin olduğunu deyib: “Baş verənlər onu deməyə əsas verir ki, Ermənistanda ciddi siyasi parçalanma var. Bu parçalanmanın tərəfləri ”Qarabağ klanı" və Ermənistan erməniləridir".

Eks-nazir deyib ki, hazırda Paşinyanın Ermənistan ictimaiyyəti və xalqı arasında nüfuzu böyükdür:“Amma 20 il iqtidarda olan ”Qarabağ klanı" güc strukturlarında, Müdafiə Nazirliyində, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik, parlamentdə “Qarabağ klanı”nın qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Başqa sözlə, Ermənistanda əvvəlki hakimiyyət olduğu kimi qalıb".

T.Zülfüqarov deyib ki, gedən proseslər də bununla bağlıdır: “Həm də unutmayaq ki, Ermənistanda qarşıdurma tərəfi olan bu iki qüvvə həm də xaricdən olan fərqli qüvvələrə arxalanır. ”Qarabağ klanı" Rusiyaya, Paşinyan komandası isə Qərbə arxalanır. Hazırda siyasi qarşıdurma və böhran davam edir. Fikrimcə, qüvvələr təxminən bərabər olduğu üçün böhran uzunmüddətli olacaq. Klanlar arasında artıq ilkin toqquşmalar da özünü göstərib. Məsələn, Dövlət Təhlükəsizlik Şurası katibinin atası Qarabağda özünü asıb".

Dekabrda keçiriləcək seçkilərdən gözləntisini bölüşən T.Zülfüqarov deyib ki, seçkilərdə Paşinyan tərəfdarları parlament çoxluğunu əldə edəcək: “Bu, bir növ Paşinyan hakimiyyətinin legitim mənbələrini daha da gücləndirəcək. İnqilab baş versə də, əslində Paşinyanı seçən parlament olub. Bu baxımdan Paşinyana parlament çoxluğunu əldə etmək lazımdır. Ancaq nəzərə alın ki, qarşı tərəf də qollarını yanına salıb sakit durmaq və əllərində olanların alınmasına dözmək fikrində deyil. Bilirlər ki, əslində onlara qarşı sərt addımlar atılmalıdır, ancaq hələlik atılmır. Ermənistanın siyasi ənənəsini nəzərə alaraq, deyə bilərik ki, onlar daha çox terror variantına əl atmağa meyllidir. Vaxtilə parlamentin güllələnməsi, polis alayının qərargahının işğal edilməsi və s. nümunələr var. Bu mənada istisna etmirəm ki, indiki gərgin vəziyyət sonda toqquşmalara gətirib çıxara bilər”.

Sabiq nazirin fikrincə, Paşinyanın seçkidən sonra Dağlıq Qarabağ mövzusuna aid siyasətində dəyişiklik edəcəyini gözlənilən deyil: “İndi onun əsas maraq dairəsində olan məsələ şəxsi hakimiyyəti və daxildə gedən proseslərdir. Bəllidir ki, həm ”Qarabağ klanı", həm də İrəvan klanı Dağlıq Qarabağ kartından istifadə edəcək. İstisna etmirəm ki, daxili siyasətdə istifadə etmək üçün güc tətbiq edərək, Azərbaycanı buna cəlb etməyə çalışacaqlar. Başqa sözlə, xaricdə düşmən obrazı yaradıb daxili maraqları üçün istifadə etmək planı ola bilər. Biz belə təxribatları istisna etməməliyik. Bunun tərəfdarları həm Qarabağda, həm də Ermənistanda var. Yəni gərginliyi aradan qaldırmaq məqsədilə də diqqəti Azərbaycana yönəltmək istəkləri ola bilər. Biz həmişə belə təxribatları gözləməliyik".

T.Zülfüqarov onu da qeyd edib ki, ermənilərin psixoloji və siyasi əhvalı onlara qərar qəbul edərək işğal olunan ərazilərimizi azad etməyə imkan verməz: “Bunu ermənilərdən gözləmək sadəlöhvlükdür. Deməli, hansı yol qalır? Biz düşündüyümüz yol”.









Redaktorun seçimi