Azərbaycan deputatı AŞ PA-da cavab tələb etdi

Hit: 428
Azərbaycan deputatı AŞ PA-da cavab tələb etdi

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Nazirlər Komitəsi sədrinə Azad Demokratlar Qrupu adından mədəniyyətlərarası dialoqla bağlı suallar ünvanlayıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bu gün AŞ PA Nazirlər Komitəsinin sədri, Xorvatiyan baş nazirinin müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric AŞ PA-da millət vəkillərinin suallarını cavablandırıb.

Q.Paşayeva bu gün Avropada artan islamafobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı Nazirlər Komitəsinin gördüyü və atacağı addımlar barədə fikirlər bildirməsini istəyib:

"Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır. Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? "Yeni dəyərlər"ə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?".

Sualın cavabında Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriç bildirib ki, o, çıxışında da bu məsələyə geniş yer ayırıb, çünki bu, bütün Avropa üçün çox önəmli bir mövzudur. Nazirlər Komitəsi sədri bildirib ki, mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir və həm Avropa Şurası təşkilatları, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır.

Çıxışdan sonra millət vəkili Q.Paşayevanın Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriçlə qısa görüşü də olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin məmuniyyətverici olduğunu və buna önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva da bildirib ki, Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Parlamentləarası Əməkdaşlığın da genişləndiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi də xüsusi vurğulayıb.









Redaktorun seçimi