Paşinyanın arvadının özbaşınalığı cavabsız qalmayacaq - Bakıdan rəsmi açıqlama

174 dəfə oxunub
Paşinyanın arvadının özbaşınalığı cavabsız qalmayacaq - Bakıdan rəsmi açıqlama

“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

Faktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadınla ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi ilə bağlı yaydığı bəyanatında bildirilir.

XİN bəyan edir ki, Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir.



Redaktorun seçimi