Ermənistan Azərbaycana uduzur - Paşinyan çıxılmaz durumda

Hit: 3019
Ermənistan Azərbaycana uduzur - Paşinyan çıxılmaz durumda

Faktor.az Trend-ə istinadən bildirir ki, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini "dondurulmuş" hesab etmək olar:

"Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil".

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert, həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.









Redaktorun seçimi