Tramp İslam dini ilə bağlı zarafat etdi

Hit: 344
Tramp İslam dini ilə bağlı zarafat etdi

ABŞ prezidenti Donald Tramp iyunda İordaniya kralı II Abdullahla Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı müzakirələr zamanı İslam dini ilə bağlı zarafat edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Axios” portalı bir neçə mənbəyə istinadla məlumat yayıb. 

Trampın sarkastik sözlərini avqustun 2-də Fransa xarici işlər naziri Jan-İvan Le Drian ilə görüşdə keşiş xatırlayıb. 

Trampla görüş zamanı İordaniya hökuməti bəyan edib ki, bir çox fələstinli israillilərlə bir yerdə yaşamağa üstünlük verirlər və bərabər hüquqa malikdirlər.

“Bunun nəticəsində İsrail yəhudi xarakterini itirəcək”, - dövlət rəhbəri hesab edir. 

“Sizin dediyinizdə məna var. Belə getsə, bir neçə ildən sonra İsrail baş nazirini Məhəmməd adlandıracaqlar”, - amerikalı lider sarkazmla cavab verib. 

Kral Trampa cavab olaraq deyib ki, ABŞ-ın sülh planı Fələstin və İsrail tərəfindən razılaşdırıldıqdan sonra məqbul olacaq. 

2017-ci ilin dekabrında ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. 









Redaktorun seçimi