Ərdoğanın çağırışından sonra ABŞ-a daha bir zərbə

Hit: 475
Ərdoğanın çağırışından sonra ABŞ-a daha bir zərbə
ABŞ ilə baş verən böhrandan sonra “Türkiyə Jokey Klubu” Ərdoğanın çağırışı ilə Amerikada keçirilən at yarışlarına mərc iddiası qəbul etməyəcək.

“Ölkə.Az” xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib:

“Son dövrdə ölkəmizə qarşı aparılan iqtisadi savaşa qarşı bir millət kimi aparılan mübarizədə “Türkiyə Jokey Klubu” hörmətli prezident Rəcəb Tayyip Ərdoğanın çağırışı ilə başlayan boykota qoşulduq. Bundan sonra ABŞ hippodromlarındakı yarışlara mərc iddiası qəbul edilməyəcək”.

Qeyd edək ki, “Amerika Jokey Klubu” Türkiyədə keçirilən at yarışlarından patent olaraq külli miqdarda qazanc əldə edirdi.









Redaktorun seçimi