Ermənistandakı həbslərin pərdəarxası – Paşinyanın şok Qarabağ planı

Hit: 402
Ermənistandakı həbslərin pərdəarxası – Paşinyanın şok Qarabağ planı

Ermənistanda baş verən siyasi hadisələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mənfi təsir edir. Baş nazir Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı mübarizəsinin nəticəsiz qalması keçmiş prezident Robert Köçəryanın fəallaşmasına, siyasi səhnəyə qayıtmasına səbəb ola bilər. Bunun da, seçkilərə hazırlaşan Paşinyana baha başa gəlməsi mümkündür.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Moskvanın təlimatı ilə Nikol Paşinyana qarşı yeni güc mərkəzi formalaşdıra bilərlər:

Köçəryan və Sərkisyan cəmiyyət və Paşinyan arasında narazılıq yaratmaq üçün Qarabağ məsələsindən istifadə edəcəklər. Paşinyan isə parlament seçkilərindən sonra danışıqlar masası arxasına keçib, Qərbin dəstəyi ilə müzakirələrə başlamağı planlaşdırır.

Azərbaycanın da Paşinyana seçkilərə qədər vaxt verməsi bununla əlaqədardır. Paşinyan fikirləşir ki, “Qarabağ klanı”nı siyasi səhnədən uzaqlaşdırmaqla, danışıqlarda heç bir daxili təzyiqlə üzləşməyəcək”.

M.Əsədullazadə Paşinyanla dil tapmağın mümkünlüyünə diqqət çəkir, lakin hesab edir ki, Paşinyana Qarabağ məsləsində ciddi təzyiqlər ediləcək: “Bu da münaqişənin yenidən uzanmasına səbəb ola bilər.

Azəbayacanı narahat edən məsələ Ermənistanda baş verən siyasi hadisələrin birbaşa danışıqlara mənfi təsir etməsidir”.









Redaktorun seçimi