Trampın qalmaqallı Türkiyə sanksiyaları ABŞ-a baha başa gəldi

Hit: 328
Trampın qalmaqallı Türkiyə sanksiyaları ABŞ-a baha başa gəldi
ABŞ prezidenti Donald Trampın Türkiyəni hədəf alan sanksiya qərarları birjada amerikalı iş adamları üçün böyük təşvişə səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, sanksiya qərarlarından sonra ABŞ şirkətləri dəyər itirməyə başlayıb.

Ticarət savaşı Nyu-York birjasına mənfi təsir edib. Son günlərdə indekslər azalmağa başlayıb. Trampın Türkiyədən idxal edilən polad və alüminiumun gömrük vergisini artırmaq barədə qərarından sonra Nyu-York birjası zəifləyib. Qərarın verildiyi gün axşam saatlarında birja indeksi 0.7% zəifləyib. Son dörd günün 3 günü də birja itkilərlə üzləşib.

 

Bu gün isə “Dow Jones” sənaye indeksi 1% aşağı düşüb. Eyni saatda isə “Standard & Poor's” indeksi 0.9% dəyər itirib. “Nasdaq” texnologiya indeksi də 1.3% geriləyib.









Redaktorun seçimi